Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qlobal hava çirklənməsi səbəbindən hazırda doğulan uşaqların ömürləri orta hesabla 20 ay azalacaq.
Unikal.org xəbər verir ki, bu açıqlamanı "The Guardian" nəşri yayıb.
Məlumatda 2017-ci ildə hər 10 ölümdən birinin səbəbinin hava çirkliliyi olduğu deyilir.
Belə ki, hava çirklilyinin yaratdığı ölüm təhlükəsi avtomobil qəzaları və siqaretdən qaynaqlanan ölümlərlə yarışmaq dərəcəsinə yüksəlib.
Dünyada xroniki obstruktiv ağciyər xəstəliklərindən qaynaqlanan ölümlərin 41, ikinci tip diabet xəstəliklərindən olan ölümlərin 20, ağciyər xərçəngindən olan ölümlərin 19, ürək xəstəliklərindən olan ölümlərin 16, iflicdən qaynaqlanan ölümlərin 11 faizinin hava çirkliyindən olduğu bildirilirb.
Pis hava şəratinə görə ömür payının ən çox azalacağı ölkələr Cənubi Asyada olacaq.
Belə ki, bu gün Cənubi Asyada doğulan uşaqların ömrünün ortalama 30 ay, Cənubi Səhra Afrikasında 24 ay, Şərqi Asyda 23, Şimali Afrika və Orta Şərqdə 18, Latın Amerikasında 9 ay azalacağı ehtimal olunur.
Ümumilikdə dünya üzrə uşaqların ortalama ömür payının 20 ay azalacağı pqoqnazlaşdırılır.
Səhiyyə Effektləri İnstitutunun vitse-prezidenti Robert Keef hava çirkliliyi səbəbindən uşaqların ömrünün bu qədər qısalacağı xəbərinin şok yaratdığını, dövlətlərin bu məsələ ilə bağlı hərəkətə keçməsinin vacibliyini vurğulayıb.