Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavinin ölkədən çıxışına qadağa qoyulub.

Unikal.org "Telegram-channel Export"ə istinadən xəbər verir ki, buna səbəb onun aliment borcu olmasıdır. 

Mənbənin məlumatına görə, Arşavin həyat yoldaşı Alise Kazminoya 1.5 milyon rubl ödəməlidir. Futbolçunun boşanma prosesi davam edir.

Qeyd edək ki, Andrey Arşavin hazırkı həyat yoldaşı ilə 2016-cı ildə ailə həyatı qurub. O, 2004-cü ildən 2013-cü ilə qədər Yulie Baranovski adlı xanımla evli olub.