Siyəzən rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org “qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hacıyeva Təranə Ağarəhim qızını vurub.
Yaralı komatoz vəziyyətdə Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Ona qapalı kəllə-beyin travması, müştərəl travma diaqnozu qoyulub.
Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə Siyəzən polisi gəlib. Faktla bağlı araşdırma aparılır.