Bakıda küçədən meyit tapılıb.
Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində küçənin kənarından naməlum kişi meyiti tapılıb. Təximinən 45-50 yaşlarında olan şəxsin meyitin ilkin müayinəsi zamanın onda beyinə qan sızması və müxtəlif bədən xəsarətləri aşkar edilib.
Onun ölüm səbəbi və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.