Oğuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini Nafiq Sabir oğlu Hacıbabayev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.