"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ölkəsinə qayıdıb.
Unikal.org xəbər verir ki, o, koronavirusun ciddi şəkildə yayıldığı İtaliyadan ölkəsi İsveçə geri dönüb. Məşhur futbolçu paytaxt Stokholmda avtomobilinə benzin vurarkən görüntülənib.
38 yaşlı futbolçu Stokholm futbol klublarından olan "AIK Solna"nın üzvü Danial Maystoroviç ilə birlikdə özünə məxsus olan bir adada qaldığını bildirib.