Bir müddət öncə koronavirusa tutulduğunu sosial şəbəkə vasitəsiylə açıqlayan, “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimdən xəbər var.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, usta məşqçi müalicəsinin yaxşı getdiyini bildirib: “Panikaya düşməyə, narahatlığa ehtiyac yoxdur. Özümü çox yaxşı hiss edirəm”.

Fatih Terim futbolçularına da səslənib: “Özünüzün, ailə üzvlərinizin qeydinə qalın. Kənar şəxslərlə əlaqəni kəsin, evdən bayıra çıxmayın. Mənə görə isə məyus olmayın. Hər şey yaxşı olacaq”.