İspaniya La Liqasında yaranmış fasilə və Çempionlar Liqasının dayandırılması səbəbindən “Barselona” klubu maliyyə xərclərini ödəmək üçün səkkiz oyunçusunu satışa çıxara bilər.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi yayda heyətini yenidən qurmağı planlaşdırır. Bəzi mövqeləri gücləndirmək üçün bir neçə futbolçu "Barselona"dan  ayrıla bilər.

Belə ki, klub səkkiz oyunçu üçün təklifləri nəzərdən keçirəcək. Həmin futbolçuların adı hələlik açıqlanmır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə yaranan fasilə səbəbindən əksər Avropa liqalarında klubların gəlirləri azalıb.