Almaniyanın “Hannover” klubunun koronavirusa yoluxan futbolçusu Timo Hyubers sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi “tvitter” hesabı məlumat yayıb. Xəbərdə, Hyubersin 14 günlük karantindən sonra koronavirus testi verdiyi və cavabın mənfi olduğu bildirilib. 23 yaşlı alman müdafiəçi artıq tam sağlamdır.