Kariyerası boyunca məşhur klubların formasını geyinən Belçikalı keçmiş futbolçu Uesli Sonk qızı haqqında verilən sualları cavablandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hal-hazırda "Belçika U-18"də baş məşqçi olan Uesli Sonkun qızı Ami isə sosial şəbəkədə fenomen olub.
Qızının "Instagram"da özündən çox izləyiciyə sahib olması ilə bağlı açıqlama verən Sonk "Bu doğrudur, lakin mən onun kimi çimərlik geyimində fotolar paylaşmıram" sözlərini deyib.
Əfsanəvi futbolçu həmçinin qızının artıq 20 yaşı olduğu üçün ona qarışa bilmədiyini bildirib. O, artıq dövrün dəyişdiyini də qeyd edərək "Mən onun yaşında olarkən sadəcə yaxşı futbolçu olmaq istəyirdim. Məşhur olmaqla maraqlanmırdım" deyə əlavə edib.