İngiltərənin “Çarlton” klubunun ən sadiq azarkeşi olan Seb Levis vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, Levisin koronavirus pandemiyası səbəbindən 38 yaşında öldüyü bildirilib.
Seb Levis 1998-ci ildən bəri “Çarlton”un həm doğma meydanda, həm də səfərdə oynadığı 1076 matçda komandasını tək qoymamışdı.