İspaniyanın “Real Madrid” klubunun əfsanəvi futbolçularından olan Qreqorio Benito dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi sayı məlumat yayıb.

Qeyd edək ki, Qreqorio Benito 1966-1982-ci illərdə "Real"da çıxış edib. O, komanda ilə 6 dəfə La Liqa, 5 dəfə İspaniya kubokunun qalibi olub.