“Bakı şəhərində əvvəllər yoluxma 43-46 % arası olurdusa, artıq 50% üzərində yoluxmanın şahidi olmaqdayıq”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində 12,5 %, Abşeron rayonunda 11,6 %, aran rayoblarında 9,3 %, Lənkəran rayonunda 7,3 % yoluxma qeydə alınıb.