“Bütün tibb işçiləri pandemiyaya qarşı mübarizədə aktiv iştirak etməlildir”.

Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, pandemiyaya qarşı mübarizədə iştirak üçün Tibb Universitetinin tələbələri də müraciət edib: “Hazırda könüllülərin siyahısı hazırlanır. Nəzarət mexanizmlərinin həyata keçirilməsi hamanı könüllülərin xidmətindən də istifadə edilə bilər”.