Koronavirusa yoluxmanın və ölümün artdığı İraqda virusdan ölənlərin çoxluğu səbəbindən morqlarda yer qalmayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu səbəbdən cəsədlər xəstəxananın qarşısında toplanılıb. 

Sosial şəbəkələrdə yayılan bu görüntülər diqqət çəkib, xəstələrin yaxınları ölkənin Səhiyyə Nazirliyi və səlahiyyətli şəxslərdən vəziyyətə müdaxilə etmələrini istəyiblər.