Şimali Koreyanın lideri Kim Çen İnlə bağlı şok iddia ortaya atılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Müdafiə Naziri şok açıqlama verərək, Kim Çen İnin səhhəti ilə bağlı vəziyyətinin şübhəli olduğunu açıqlayıb.
Xatırladaq ki, keçdiyimiz aylarda Şimali Koreya liderinin vəziyyətinin yaxşı olmadığı, ürəyindən əməlliyat olunduğu, bundan sonra komaya düşdüyü və hətta öldüyü iddia olunmuşdu. Kimin 15 apreldə babasının ad günü tədbirinə qatılmaması da bu iddiaları gücləndirmişdi. Lakin bunlara baxmayaraq o, 21 gün sonra 1 Mayda ortaya çıxaraq “sağam” mesajını vermişdi.