ABŞ-da mitinq iştirakçıları Sietl və Portlenddə polis məntəqələrinə hücum ediblər.
Unikal.org xəbər verir ki, bu barədə “Fox News” məlumat verir.
Bildirilir ki, Sietldə iyun ayının 27-də nümayişçilər polis məntəqəsinin pəncərələrini sındıraraq içəri girməyə cəhd ediblər. Lakin qanun keşikçiləri hücumun qarşısını ala biliblər.
Portlenddə isə mitinq iştirakçıları iyunun 26-sı axşam saatlarında polis məntəqələrindən birinin qarşısında yanğın törətməyə cəhd ediblər, eləcə də polislərlə toqquşma yaratmaq istəyiblər.
JUST IN: Tense moments outside Seattle PD’s West Precinct tonight, where mob of angry protesters broke one of the precinct's windows with a rock. Our cameras were rolling as several officers rushed out of the precinct as protesters converged on the entrance. No officers hurt. pic.twitter.com/GJxnmph3ZV
— Preston Phillips (@PrestonTVNews) June 27, 2020