"Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur".
Unikal.org xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
Ş. Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub: "Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir".
O, B.Bağırzadənin nə zaman renimasiyadan palataya köçürüləcəyini bilmədiyini vurğulayıb: "Bu barədə həkimlər heç bir proqnoz vermirlər. Sadəcə gözləmək lazımdır. Əsas odur ki, Bəhramın səhhətində irəliləyiş var, yaxşıdır, inşallah, daha da yaxşı olacağını gözləyirik".