Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Unikal.org-un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Xatırladaq ki, DTX tərəfindən tutulan Səlim Əlizadə barəsində seçilən həbs-qətimkan tədbirindən şikayət verməyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.