Milli Şuranın daha bir virtual iclasının qalmaqallı videosu yayılıb.

Unikal.org  xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənlinin  iclasa ciddi bir məsələ ilə başlamağa cəhd etməsinə baxmayaraq, bu toplantı da əvvəlkilər kimi lağlağı və zarafatlar bol olub. 

 O, MŞ üzvü Rahim Hacıyevin “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” fikrini sərt tənqid edib: “Mən bu təbliğatla bağlı bir məqamı da deyim. Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib: “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”. 

Virtual iclasda Gültəkin Hacıbəyli də C. Həsənliyə dəstək verib: “Tamamilə razıyam, bu olmaz”.

Rahim Hacıyev isə öz fikrində israr edib: “Mənim fikrimin heç bir qüsuru zadı yoxdur. Vaxt gələcək hamınız bu fikirdən də artığında olacaqsınız”.

Vidadi Mirkamal da həmin bənzətməyə kəskin reaksiya verib: “Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü təsdiq etmiş liderdir. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu çox adamda qıcıq yaradır”.

Qənimət Zahid isə “Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” deyərək mövzunu dəyişib. İclas zarafat və lağlağı ilə davam edib.