“Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır”.
Bunu Unikal.org-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, Əməkdar artistin vəziyyətində müsbət dinamika davam edir:
“Bəhram Bağırzadənin reabilitasiya prosesi davam edir. Kliniki göstəriciləri yaxşıdır. Eyni zamanda, əhval-ruhiyyəsi də yüksəkdir”.