Mərkəzi Neftçilər Xəstəxanasının COVID-19-a yoluxmuş həkim-reanimatoloqu Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir.
Unikal.org xəbər verir ki, bunu virtualaz.org-a həmin xəstəxananın direktoru Musa Abbasov deyib.
Onun sözlərinə görə, hazırda Elnur Abdullanın vəziyyəti stabildir.
Direktor onu da qeyd edib ki, virusa yoluxmuş bütün tibb işçilərinin müalicəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. “Virusa yoluxmuş tibb işçilərinin müalicəsi həm Prezident İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın nəzarətindədir. Həkimlərin müalicəsi üçün bütün tədbirlər həyata keçirilir”.