Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər zamanı Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti dayandırılıb, bunla da digər nəqliyyat vasitələrində sıxlıq müşahidə edilir.
Unikal.org-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyat vasitələrinin sayının az olması bu gün bir çox çətinliklər yaradır:
“Dünya ölkələrində, eləcə də Türkiyədə xüsusi nizam-intizam var. Yəni xaotik bir vəziyyət yoxdur. Amma bizdə təəssüf ki, hamısı bir-birinə qarışıb. Hazırda itirilən bəzi nəqliyyat vasitələrinin yenidən bərpası ilə bağlı dövlət proqramı çərçivəsində bir sıra işlər gedir. Əvvəllər taksi xidməti çox ucuz idi. Amma pandemiya dövründə onların əksəriyyətinin fərqlənmə nişanı olmadığına görə işə çıxa bilməmələri qiymət artımına səbəb oldu. Deməzdim ki, avtobusların fəaliyyət gücü bundan artığına çatır amma etmirlər, xeyir edirlər. Bəzən intervalların düzgün şəkildə bölünməməsi, hansı istiqamətlərdən daha az sərnişin müşahidə edilirsə həmin istiqamətdə olan avtobusların daha sıxlıq olan ərazilərə yönəldilməsi kimi problemlər bu günə qədər təhlil edilmədiyindən belə sıxlıq müşahidə edilir. BNA açıqlamasında məsələni nəzarətə götürüldüyünü və tənzimlənəcəyini bildirib. Amma nə qədər tənzimlənsə də avtobusların sayı az olduğuna görə hələ də bu problem özünü göstərir. Açıq şəkildə deməliyəm ki, bizim elə bir imkanımız yoxdur ki, bir gecəyə 300-500 avtobus alaq, vəziyyəti yoluna qoyaq. Olanımız bundan ibarətdir".
Dürrə Həsənova