“Türkiyədən, Rusiyadan Azərbayacana tibb mütəxəssis heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təcrübə mübadiləsinin aparılaması vacib məqamlardan biridir:
“Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər. Həkimlərimiz gərgin fəaliyyət göstərirlər. Kubadan da həkim heyətinin gəlməsi nəzərdə tutulur. Kuba pandemiyaya qarşı mübarizədə zəngin təcrübəsi var. Bizim onlarla dostluq münasibətlərimiz var”.