“Təcridxanalarda yoluxmalar qeydə alınır”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb: “Ümumilikdə, yoluxan 18 məhkum vaxtından əvvəl azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Penitensiar xidmətdə də yoluxma halları baş verir”.