Salyan sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da Yenikənd kənd sakini olan bir nəfəri zəng edib tüfənglə öldürəcəyi ilə hədələməkdə şübhəli bilinən Salyan şəhər sakini M.Əhədov saxlanılıb. Onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.