ABŞ-ın Oreqon ştatının Portland şəhərində etirazçılar polis birliyi binasına yürüş edərək onu yandırıblar.
Unikal.org xəbər verir ki, “Telegram” kanalında yayımlanan bir videoda polisin izlədiyi nümayişçilər kolonu lentə alınıb.
Yürüş iştirakçıları polis birliyinin binasına girərək güclü yanğın törədiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün əl qumbaraları və tüstü bombalarından istifadə ediblər. Polis üç məmurun camaatı geri çəkmək istəyərkən yaralandığını deyib.
Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündün sonra polisə qarşı etirazlar səngimir.