Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.

Bu barədə  Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - məlumatda vurğulanıb.