İşğal edilmiş Dağlıq Qarabağ bölgəsində gedən əməliyyatlar zamanı mülki əhaliyə və hərbçilərə qarşı cinayətlərdə iştirak etmiş çox sayda polis Azərbaycan ordusu tərəfindən məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda polislərin erməni hərbi qüvvələrin sıralarında Azərbaycana qarşı döyüşdükləri bildirilib.

Erməni mənbələr onlardan 10 nəfərinin adlarını açıqlayıb:

Qagik Petrosyan, Qarik Doluxanyan, Arsen Arutyunyan, Tiqran Petrosyan, Gorg Kirakosyan, Benik Ambardzumyan, Qrayr Danielyan, Aren Asryan, Şirak Ambardzumyan və İqor Poqosyan.

Adları çəkilən polislər Qarabağdakı terrorçu rejim tərəfindən “mükafatlandırılıb”.