İspaniya "Vilyarreal"ının və Ekvador millisinin futbolçusu Pervis Estupinyan pasportunu itirib.

Unikal.org xəbər verir ki, 22 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

O, İspaniyaya qayıtmaq istədiyini və pasportunun tapılması üçün köməyə ehtiyacı olduğunu bildirib. Estupinyan paytaxt Kitoda çamadanlarının düşməsindən sonra sənədi itirdiyini yazıb.

Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsində bu gün evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinyan görüşdə sonuncu qolun müəllifi olub.