Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İsrail təmsilçisi Fliker Tal ilə üz-üzə gəlib.

Qarşılaşmadan ipponla qalib ayrılan O.Səfərov qızıl medal qazanıb.