Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında komandamız daha bir medal qazanıb.
Unikal.org xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan idmançımız Rüstəm Orucov isveçrəli rəqibi Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb.
Bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub.
Qeyd edək ki, Azərbaycanın 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.