Azərbaycan kubokunun finalı Qarabağda keçirilə bilər.

Unikal.org xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümünün püşkatma mərasimində belə deyib.

PFL rəhbəri bildirib ki, həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindədirlər: "Əgər orada alınmasa kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir.

Musayev həmçinin deyib ki, final matçında çoxlu sürprizlər olacaq: "Bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq". Böyük zəfərdən sonra biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq".