Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2014 - 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.