“Sumqayıt”dan sonra “Keşlə” klubu da məşqləri dayandırmaq qərarına gəlib.
Unikal.org xəbər verir ki, buna səbəb koronavirusa kütləvi yoluxma halının baş verməsidir.
Paytaxt təmsilçisinin 10 futbolçusundan götürülən son testin nəticəsi pozitiv çıxdığından, baş məşqçi Yunis Hüseynov məşqlərin dayandırılmasına qərar verib. Virusa yoluxanlar karantinə alınıb, digərləri də özlərini qorumaq məqsədilə təcrid olunublar.
Qeyd edək ki, dekabrın 5-də keçirilməli olan “Keşlə” – “Səbail” matçı təxirə salınıb.