Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qarabağ” – “Qəbələ” oyununun təyinatları müəyyənləşib.

Unikal.org xəbər verir ki, dekabrın 6-da keçiriləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq.

Qeyd edək ki, turun digər oyunları bəzi klublarda koronavirusa kütləvi yoluxmalar səbəbindən təxirə salınıb.

Qarabağ – Qəbələ
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azersun Arena”, 16:00.