UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.
Unikal.org "NTV Spor"a istinadən xəbər verir ki, buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Bir qədər sonra UEFA PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı qərarını açıqlayıb.
Qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.
Görüşün 4-cü hakimi Sebastian Koltsesku meydana çıxmayacaq.