DSX-nın zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun qızı Ayşən Umudova 44 günlük vətən müharibəsindən qalib ayrılan Azərbaycan ordusunu mahnı ilə təbrik edib.
Unikal.org xəbər verir ki, bu barədə F.Umudov sosial şəbəkədə paylaşım edib.
9 yaşlı Ayşən Umudova əlində üçrəngli şanlı Azərbaycan bayrağı ilə hərbiçilərimiz üçün “Cənab Leytenant” mahnısını səsləndirib.
Həmçinin Firdovsi Umudov qalib Azərbaycan ordusunu və dövlət başçısı tərəfindən mükafatlandırılan şəxsləri təbrik edib:
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Ordumuz tarixi zəfərə imza atdı.
Bu, tarixi Zəfər 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır.
44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq.
Əlbəttə , Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi də ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu.
Sevindirici haldır ki, Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!
Döyüşlərdəki şücayətinə görə dövlət başçısı tərəfindən mükafatlandırılan hər kəsi təbrik edirəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyirəm. Allah ordumuzu qorusun!
Yaşasın Azərbaycan!
Qızım Ayşən də Azərbaycanın qələbəsi münasibəti ilə şəhidlərimizin, Qazilərimizin və zabitlərimizin şərəfinə "Cənab Leytenant" mahnısını səsləndirib.
Qarabağ Azərbaycandır!”
Xatırladaq ki, Firdovsi Umudovun böyük qızı Fidan Umudova düşmənin Gəncədə mülki əhalini raket atəşinə tutması ilə bağlı dünyaya ingilis dilində çağırış etmiş, erməni terroru nəticəsində qətlə yetrilən körpələrlə bağlı da məlumat vermişdi.