ABŞ-ın "Time" jurnalı basketbolçu Lebron Ceymsi "İlin idmançısı" adına layiq görüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Time"ın redaksiyası Milli Basketbol Assosiasiyasının "Los-Anceles Lakers" klubunun forvardının irqi bərabərsizliyə qarşı mübarizə üzrə ictimai kampaniyalarda, həmçinin seçicilərin fəallığının artırılmasına yönəlmiş kampaniyalarında iştirak etdiyini qeyd edib.
Jurnalın qiymətləndirməsinə görə, Ceyms kimi Amerikanın bir çox tanınmış idmançıları bu fəaliyyətə qoşulublar.