Gəncə-Qazax zonası üzrə Gəncə şəhərində keçirilmiş toplantıda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak ediblər.
GİN-in mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, 300 nəfərdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək forumun tarixi önəmindən söz açdı.
Gəncə şəhərindən olan gənc alim Elnur Həsənov , Samux rayonundan tələbə Aygün Cabbarova, Göygöl rayonundan Şəhriyar İsmayılov , Tovuz rayonundan Nərgiz Sabirli, Daşkəsən rayoundan Nigar Məmmədzadə, Mingəçevir şəhərindən Samrin Xanlayev, Gədəbəy rayonundan Pərviz Bayramov, Qazax Rayonundan Ülvi Zeynalov, Yevlax şəhərindən Fərid Vaqifli, Şəmkir rayonundan Elvira Allahverdiyeva, Ağstafa rayonundan Ləman Cəlilova çıxış ediblər. “Biz birlikdə güclüyük”, “Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır” mövzularında çıxışlar dinlənilib.
Rəsmi qonaqlar Zona toplantısında çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Çıxışlardan sonra toplantıda iştirakçılarının sualları cavablandırıldı və ətraflı fikir mübadiləsi aparıldı.
Zona toplantısında Gəncə-Qazax zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 157 nümayəndə seçilib. Görüş Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.