Türkiyə Super Liqasında XII tur 5 oyunla davam edib.
Unikal.org xəbər verir ki, “Fatih Karagümrük” üzərində inamlı qələbə qazanan “Hatayspor” turnir cədvəlində onu qabaqlayıb.
Abdullah Avcının gəlişindən sonra məğlubiyyət görməyən “Trabzonspor” Kayseridən qolsuz bərabərliklə dönüb.
Günün sürpriz nəticəsi İstanbulda qeydə alınıb. “Yeni Malatyaspor”u qəbul edən liderlər qrupundakı “Fənərbaxça” doğma arenasında ardıcıl 3-cü məğlubiyyətini alıb. “Sarı-lacivərdlilər” darmadağına üzülüblər.
Turun qalan oyunları dekabrın 13-14-də keçiriləcək.