Türkiyənin “Qalatasaray” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Unikal.org xəbər verirki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, adı açıqlanmayan bir futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.
“Qalatasaray”da virusa yoluxan futbolçunun kimliyi artıq məlumdur. Bu, 22 yaşlı hücumçu Kerem Aktürkoğludur.
Aktürkoğlu bu mövsüm Super Liqada 3 oyuna 1 qol vurub.