İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatının "Valensiya"ya qarşı matçının birinci hissəsində fərqlənib.

Unikal.org xəbər verir ki, Messi birinci hissənin sonunda topu başı ilə qapıdan keçirib. Bu, 33 yaşlı argentinalı üçün Katalon klubundakı matçlarda 643-cü qol olub.

Messi bir klubda qolların miqdarına görə braziliyalı Pele ilə bərabər olub. Pele Braziliyanın "Santosa" komandasının heyətində də bu sayda qol vurub.

Argentinalı "Barselona"da 747-ci matçı keçirir. Birinci taymdan sonra hesab 1:1.