Türkiyə Super Liqasında XIV tura start verilib.
Unikal.org xəbər verir ki, ilk gündə 2 oyun keçirilib.
Abdullah Avcının gəlişindən sonra çempionatda uğurlu çıxış edən “Trabzonspor” məğlubiyyətsiz oyunlar seriyasını 7-yə yüksəldib. “Bordo-mavililər” debütant “Hatayspor”a səfərdə 1 qolla qalib gələrək, turnir cədvəlində ona yaxınlaşıb.
Ötən həftəsonu “Fatih Karagümrük”ə uduzan “Qalatasaray” bunun əvəzini “Rizəspor”dan çıxıb. Rəqibini üstələyən “cim-bom” lider “Alanyaspor”la xal fərqini aradan qaldırıb.
Qeyd edək ki, turun digər oyunları 23-24 dekabrda keçiriləcək.