Türkiyə Super Liqasında XIV tur davam edir.
Unikal.org xəbər verir ki, günün mərkəzi qarşılaşmasında İstanbul klubları üz-üzə gəlib.
Son çempion “Başakşəhər”i qonaq edən “Fənərbaxça” əzmkar qələbə ilə liderlə xal fərqini minimuma endirib. Çempionatın lideri “Alanyaspor” növbəti xal itkisinə “Yeni Malatyaspor”la dueldə üzülüb.
Mövsümün daha bir sürpriz komandası “Qaziantep” isə “Kasımpaşa” ilə səfər sınağından üç xalla ayrılıb. Autsayderlərin duelində “Dənizlispor” Ərzurum səfərindən qalib ayrılıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.