Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb.

Unikal.org xəbər verir ki, 2020-ci ilin son turuna "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulub. Paytaxt derbisində 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" qış fasiləsinə lider kimi yollanıb.

İlk hissəsi qolsuz bitən matçda hesab ikinci yarıda açılıb. Meydan sahiblərinin heyətində Mirabdulla Abbasov fərqlənib. Amma "ağ-qaralar"ın sevinci cəmi 3 dəqiqə çəkib. Rəhman Hacıyev uzaq məsafədən vurduğu mükəmməl qolla tarazlığı bərpa edib. 80-ci dəqiqədə Abbasov dubl edərək, komandasına vacib xallar qazandırıb.

Beləliklə, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Neftçi" liderliyini qoruyub. "Keşlə" isə ili 13 xalla 7-ci sırada başa vurub.

Qeyd edək ki, bu gün keçirilmiş digər oyunlarda "Qarabağ"a "Zirə"yə 3:2, "Qəbələ" "Səbail"ə 3:1, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.