Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert 2023-cü ildə ölkəsində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, tanınmış qapıçı bu barədə öz “Twitter” hesabında məlumat yayıb.
X.L. Çilavert seçki kampaniyasında “Chila 2023”, “Paraqvaylı olduğuma görə qürur duyuram” şüarından istifadə edəcəyini qeyd edib.
2003-cü ildə təqaüdə çıxan keçmiş futbolçu fotoya “Cəzasızlığa, korrupsiyaya və talana son” şərhini də əlavə edib.