İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil cari mövsümdə uğursuz çıxış edən komandasına kömək etmək istəyir.

Unikal.org xəbər verir ki, bu barədə türk əsilli almaniyalı yarımmüdafiəçi “tvitter” hesabında “topçular”ın azarkeşləri ilə söhbətləşən zaman deyib:

“İndi təkcə mənim üçün deyil, klubdakı hər kəs üçün çətin dövrdür. Xüsusilə, indiki vəziyyətdə komandaya kömək etmək istərdim. Mövcud vəziyyət hamını narahat edir. Mənə şans verməsələr də, vəziyyətin tezliklə düzələcəyinə ümid etməliyik”.

Özil, “Arsenal”ın Premyer Liqa və Avroliqa oyunları üçün heyətinə daxil edilməyib.

“Arsenal” Premyer Liqada 15-ci sıradadır.