Fransanın PSJ klubu istefaya göndərdiyi deyilən Tomas Tuxelə təzminat ödəyəcək.

Unikal.org xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumata görə, Paris klubu Tuxelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq. Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.

2018-ci ildən PSJ-ni çalışdıran Tuxelin müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. Klub Tuxelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib.