İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.
Unikal.org xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.
Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib.
Qeyd edək ki, "Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb.